AZ

"Sabah"ın U-18 komandası Çempionlar Liqasında mübarizəyə başlayır

"Sabah" basketbol klubunun U-18 komandası bu gün gənclər arasında Çempionlar Liqasında mübarizəyə start verir.

Aznews.az xəbər verir ki, Azərbaycan təmsilçisi B qrupundakı ilk oyununda Bosniya və Herseqovinanın "İqokea" kollektivi ilə üz-üzə gələcək.

Qarşılaşma Laktasi şəhərində, Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Azərbaycan təmsilçisi qrupdakı növbəti oyununu sabah "Porşe BBA Lyudviqsburq"a (Almaniya) qarşı keçirəcək.

Xatırladaq ki, reqlamentə əsasən, qrup qalibləri yarımfinala vəsiqə qazanacaq. İkinci yeri tutanlar 5-8, sonuncu yerin sahibləri isə 9-12-ci yerlər uğrunda mübarizə aparacaqlar.

Seçilən
0
6
aznews.az

8Mənbələr