"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola klubdakı gələcəyi ilə bağlı yekun qərarını verməyə tələsmir. "Goal" nəşrinin yaydığı məlumata görə, ispaniyalı mütəxəssis "şəhərlilər"i çalışdırmağa davam edib-etməyəcəyinə hələ tam aydınlıq gətirməyib.
Qvardiolanın mart ayında milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə zamanı qərarını rəhbərliyə bildirəcəyi gözlənilsə də, bu baş verməyib. Beləliklə, təcrübəli məşqçi gələcəyi ilə bağlı seçimini mövsümün sonuna qədər təxirə salıb.
Mətləb