Qol.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Qvardiola qərar verməyə tələsmir
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola klubdakı gələcəyi ilə bağlı yekun qərarını verməyə tələsmir.
QOL.az xəbər verir ki, "Goal" nəşrinin yaydığı məlumata görə, ispaniyalı mütəxəssis "şəhərlilər"i çalışdırmağa davam edib-etməyəcəyinə hələ tam aydınlıq gətirməyib.
Qvardiolanın mart ayında milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə zamanı qərarını rəhbərliyə bildirəcəyi gözlənilsə də, bu baş verməyib. Beləliklə, təcrübəli məşqçi gələcəyi ilə bağlı seçimini mövsümün sonuna qədər təxirə salıb.
Qeyd edək ki, bu yay Xosep Qvardiolanın "Mançester Siti"yə baş məşqçi təyin olunmasından tam 10 il ötəcək. Onun klubla hazırkı müqaviləsi isə 2026/2027-ci illər mövsümünün sonuna qədər qüvvədədir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.