Gəncədə qadın dəm qazından boğularaq ölüb.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində yerləşən yaşayış binalarının birində baş verib. Belə ki, şəhər sakini 1962-ci il təvəllüdlü S.Mehdiyevanın yaşadığı evin vanna otağından meyiti aşkarlanıb. Hadisə yerinə adiyyatı qurumların əməkdaşları cəlb edilib. Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertizanın Potoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsin Gəncə şəhər şöbəsinə təhvil verilib.
Xatırladaq ki, dəm qazından boğularaq ölən qadının 64 yaşlı qadının müəllim olduğu bildirilir.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.
Tural Əhmədov