Gəncədə bədbəxt hadisə baş verib.
“Unikal”ın məlumatına görə, hadisə şəhərin Natavan qəsəbəsində qeydə alınıb. Belə ki, Şəmkir rayon sakini, 1974-cü il təvəllüdlü H. İsmayılov qəsəbə ərazisində yerləşən fərdi yaşayış evinin çardağında təmir işləri apararkən ehtiyatsızlıqdan hündürlükdən yıxılıb.
Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.
Tural Əhmədov