Bakı. Trend:
Aprelin 6-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğukomitəsinin İnsan hüquqları komitəsi ilə birgə videokonfransformatında iclası keçirilib.
Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətləəlaqələr şöbəsindən məlumat verilib.
Qeyd edilib ki, parlamentin Hüquq siyasəti və dövlət quruculuğukomitəsinin sədri Əli Hüseynli iclasın gündəliyinə 6 məsələnindaxil edildiyini bildirib. O, gündəliyin birinci məsələsinin –Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində,“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsihaqqında” və “Media haqqında” qanunlarda dəyişiklik edilməsi barədəqanun layihəsinin (ikinci oxunuş) komitələr tərəfindən birgəmüzakirə olunacağını söyləyib, sənəddə təklif olunandəyişikliklərin vacibliyindən danışıb. Qeyd edib ki, qanun layihəsisüni intellekt texnologiyalarından sui-istifadə hallarınınqarşısının alınmasına, şəxslərin hüquq və azadlıqlarının, şərəf vələyaqətinin qorunmasına xidmət edir.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü KamalCəfərov layihənin mahiyyəti barədə məlumat verib. Bildirilib ki,sənəd süni intellekt texnologiyalarından istifadə edilməkləreallığı əks etdirməyən foto, video və audio materiallarınhazırlanması və yayılması ilə bağlı hüquqi çərçivəninformalaşdırılması məqsədi daşıyır. Buna görə qanunda müvafiq hüquqiməsuliyyət mexanizmlərinin müəyyən edilməsi nəzərdə tutulur. Qeydolunub ki, Cinayət Məcəlləsinə əlavə edilən iki yeni maddələrəəsasən, şəxsin razılığı olmadan onun görüntüsündən və ya səsindənistifadə etməklə süni intellekt texnologiyaları vasitəsilə reallığıəks etdirməyən foto, video və ya audio materialların hazırlanmasıvə yayılması, habelə pornoqrafik və ya seksual məzmunlumaterialların hazırlanması və yayılması cinayət məsuliyyətiyaradır. Bununla yanaşı, Cinayət-Prosessual Məcəlləsinə müvafiqdəyişiklik edilərək cinayət təqibinin həyata keçirilməsi ilə bağlıprosessual norma müəyyən edilir. Eyni zamanda, “İnformasiya,informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və“Media haqqında” qanunlara edilən dəyişikliklərlə süni intellekttexnologiyalarından istifadə edilməklə hazırlanmış materiallarınyayılması ilə bağlı əlavə hüquqi tələblər və məhdudiyyətlər müəyyənolunur.
Daha sonra İnsan hüquqları komitəsinin sədri Zahid Oruc çıxışedərək, ölkəmizə qarşı süni intellekt əsaslı hücumlarıncoğrafiyasından bəhs edib, süni intellektin milli təhlükəsizliküçün bir sıra təhdidlər yaratdığını qeyd edib, bu məsələdəbeynəlxalq dəstək qazanmaq üçün digər ölkələrlə birlikdə, müvafiqmodel qanunlar çərçivəsində əməkdaşlığın əhəmiyyətindən söhbətaçıb.
Məsələ ətrafında aparılan müzakirələrdə Müdafiə, təhlükəsizlikvə korrupsiya ilə mübarizə komitəsinin sədr müavini QüdrətHəsənquliyev, deputatlar Tənzilə Rüstəmxanlı, Elçin Mirzəbəyli,Müşfiq Məmmədli, Azay Quliyev, Hikmət Məmmədov, Elman Nəsirov, RaziNurullayev, parlament Aparatının Dövlət quruculuğu, inzibati vəhərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid çıxışedərək qanun layihəsində nəzərdə tutulan dəyişikliklərinəhəmiyyətindən söhbət açıblar, bəzi qeyd və təklifləriniaçıqlayıblar.
Tədbirdə iştirak edən Milli Kibertəhlükəsizlik Mərkəzininnümayəndələri Orxan Abdulkərimli, Cəlal Rəsulzadə, Elvin Balacanovmüzakirələrdə səsləndirilən fikirlərə münasibət bildiriblər,deputatların suallarını cavablandırıblar.
Sonra iclasda Azərbaycan Respublikasının Cinayət Məcəlləsindədəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) təqdimedilib.
Layihədə təklif olunan dəyişikliklərin əsas məqsədi dövlətvəsaitlərindən istifadə ilə bağlı məsuliyyət mexanizminintəkmilləşdirilməsi, sanksiyaların fərdiləşdirilməsi və hüquqitənzimləmənin dəqiqləşdirilməsidir. Təklif olunan dəyişikliyəəsasən, Cinayət Məcəlləsinin 308-1-ci maddəsində cinayətin predmetiolan vəsaitin əhatə dairəsi genişləndirilərək, dövlətə məxsus olanhüquqi şəxslərin vəsaiti də maddənin təsir dairəsinə salınır.
Onlayn iclasda habelə Azərbaycan Respublikasının İnzibatiXətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi(ikinci oxunuş) nəzərdən keçirilib.
Layihəyə əsasən, "İCMAL" informasiya sistemi "Rəqəmsal dövlətmaliyyəsi" informasiya sisteminin tərkibində “İnzibati cərimələrinmərkəzi avtomatlaşdırılmış lövhəsi” altsistemi, yəni "İCMAL"altsistemi kimi yenidən təşkil olunur və buna uyğun olaraqMəcəllənin müvafiq maddələrində dəyişikliklər edilir. Bununlayanaşı, İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi nəzərdə tutulan“Uşaqda zorakılıq hərəkətlərinin əlamətlərinin aşkar edilməsibarədə məlumatın verilməməsi”, “Uşaqlara, o cümlədən uşaqlarınbir-birinə qarşı davamlı təzyiq və aqressiv davranışının qarşısınınalınmaması” və “Uşağa qarşı cismani cəzanın tətbiqi” adlımaddələrdə “Uşaq hüquqları haqqında” Qanunun tətbiqi ilə bağlıinzibati məsuliyyət məsələləri təsbit edilir. Məcəlləyə ediləndigər dəyişikliyə əsasən, "dövlətə məxsus olan hüquqi şəxslər"maliyyə-təsərrüfat fəaliyyətində maliyyə qaydalarının pozulmasınagörə məsuliyyət daşıyan subyektlər sırasına əlavə edilir və bütünhallarda cərimə "inzibati xətanın bilavasitə obyekti olmuş vəsaitinyüz faizi məbləğində” müəyyən ediləcək.
Daha sonra videokonfransda Azərbaycan Respublikasının CinayətMəcəlləsində və “Terrorçuluğa qarşı mübarizə haqqında” Qanundadəyişiklik edilməsi barədə qanun layihəsinə (birinci oxunuş)baxılıb.
Layihəyə əsasən Cinayət Məcəlləsinə terror təşkilatı yaratma,ona rəhbərlik etmə və ya onun fəaliyyətində iştirak etməyə görəcinayət məsuliyyətini müəyyən edən yeni 214-4-cü maddə əlavəolunur. Bununla yanaşı Cinayət Məcəlləsinin 282-ci maddəsi yeniredaksiyada verilir. Belə ki, 282.1-ci maddəyə elmi-texnikipotensialı zəiflətmək məqsədi, habelə kritik informasiyainfrastrukturu, enerji, nəqliyyat və telekommunikasiyaşəbəkələrinin normal fəaliyyətinin pozulması kimi yeni obyektlərəlavə edilir. Həmçinin, təxribatın törədilmə üsullarına əməli süniintellekt texnologiyalarından və xüsusi proqram təminatlarındanistifadə halları da daxil edilir. 282.2-ci maddədə bir sıra yeniağırlaşdırıcı hallar nəzərdə tutulur. Maddənin Qeyd hissəsinəəsasən, təxribatın hazırlanmasında iştirak etmiş şəxs hakimiyyətorqanlarını vaxtında xəbərdar etməklə və ya başqa üsulla bu cürəməlin qarşısının alınmasına yardım etdikdə və onun əməlində başqacinayətin tərkibi olmadıqda, cinayət məsuliyyətindən azadedilir.
İclasda habelə “Yol hərəkəti haqqında” Qanunda dəyişiklikedilməsi barədə qanun layihəsi (birinci oxunuş) müzakirəyəçıxarılıb.
Sənəddə “operativ nəqliyyat vasitələri” anlayışı yeniredaksiyada təqdim edilir. Dəyişiklikdə prokurorluq orqanlarınaməxsus olan və kriminalistik avadanlıqlarla təmin edilərək hadisəyerində təxirəsalınmaz prosessual hərəkətlərin yerinə yetirilməsi,növbətçi əməkdaşların hadisə yerinə çatdırılması və yatəxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsiüçün nəzərdə tutulan nəqliyyat vasitələrinin digər operativxidmətlərlə eyni hüquqi statusa malik olması nəzərdə tutulur.
İclasın sonunda “Azərbaycan Respublikası Hökuməti ilə BelarusRespublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlıtanınması və dəyişdirilməsi haqqında Saziş”in təsdiq edilməsibarədə qanun layihəsinə baxılıb.
Diqqətə çatdırılıb ki, Sazişin imzalanmasında əsas məqsəd həriki dövlət arasında avtomobil daşımalarının təhlükəsizliyiniartırmaq, yol hərəkətini yaxşılaşdırmaq, sürücülük vəsiqələrininqarşılıqlı tanınmasını və dəyişdirilməsini təmin etməkdir.
Onlayn iclasın gündəliyində olan qanun layihələrinin hamısıMilli Məclisin plenar iclasına tövsiyə olunub.
Tədbirdə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğukomitəsinin sədr müavini Elşən Musayev, İnsan hüquqları komitəsininsədr müavini Arzuxan Əli-zadə, deputatlar Əminə Ağazadə, SabirHacıyev, Fəzail İbrahimli, Mübariz Qurbanlı, Bəhruz Məhərrəmov,Nizami Səfərov, Azər Allahverənov, Tural Gəncəliyev, NaqifHəmzəyev, İmamverdi İsmayılov, Mircəlil Qasımlı, Sevil Mikayılova,Vüqar Rəhimzadə, Səyyad Aran, parlament Aparatı rəhbərinin müaviniYaşar Əməşov və digər rəsmi şəxslər iştirak ediblər.