AZ

Qusarda selin apardığı gənc evin tək oğlu imiş: Toya hazırlaşırmış - Video

Qusarda bədbəxt hadisə baş verib. 29 yaşlı şəxsi sel aparıb. Hadisə rayonun Gündüzqala kəndində baş verib.

 Paytaxt.org xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib.

“Birinci dəfə sürüşdü, güclə tutub çıxardıq. İkinci dəfə sürüşəndə çatdıra bilmədik…”

Paytaxt.org xəbər verir ki, bunu Baku TV-yə Qusar rayonunun Gündüzqala kənd sakini Ramazan Xəncərov ötən gün 29 yaşlı Farik Rəsulovun seldə həlak olmasının təfərrüatlarını danışarkən bildirib.

Onun sözlərinə görə, hadisə sakinlərin Quru çaya gələn seli seyr etməsi zamanı baş verib: “İki gündür çaya sel gəlir. Hamımız qıraqda dayanmışdıq, selə baxırdıq. Farik bir az qıraqda dayanmışdı, torpaq suyun içinə düşdü. O da onunla bir yerdə düşdü.

O qədər qaçdıq, ayaqyalın, bütün kənd qaçdı, amma çatdıra bilmədik. Su çox sürətli idi. Evin tək oğlu idi, subay idi. Toya hazırlaşırdı".

Daha ətraflı videomaterialda:

Seçilən
1
9
paytaxt.org

10Mənbələr