Qusarda bədbəxt hadisə baş verib. 29 yaşlı şəxsi sel aparıb. Hadisə rayonun Gündüzqala kəndində baş verib.
NOCOMMENT.az xəbərr verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib.
Kənd sakinlərinin sözlərinə görə, bu artıq ərazidə baş verən ikinci sel hadisəsidir: “Sel güclü gəlib, eşitdiyimə görə bir nəfəri də aparıb. Bu, ikinci dəfədir. Bundan 3-4 gün qabaq da gəlmişdi. O da çox güclü idi. Bu, ondan da güclüdür”.
Mərhumun qohumu hadisə anını belə təsvir edib:
“İki gündür sel gəlir. Qıraqda dayanmışdıq hamımız. Baxırdıq selə, kömək etməyə ehtiyac yox idi. O, birinci dəfə sürüşdü, güclə tutub çıxardıq. İkinci dəfə sürüşəndə çatdıra bilmədik. Özü bir az qıraqda dayanmışdı, torpaq suyun içinə düşdü. O da onunla bir yerdə düşdü. O qədər qaçdıq, ayaqyalın, amma çatdıra bilmədik. Su çox sürətli idi. Evin tək oğlu idi, subay idi. Toya hazırlaşırdı”.