AZ

“Çox yaxşı dost olmalıydıq, səhvən evləndik”

Türkiyənin "Yabancı Damat" serialında canlandırdığı "Nazlı" obrazı ilə məşhurlaşan Nehir Ərdoğan diqqətçəkən açıqlaması ilə gündəmə gəlib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, rejissor Ahmet Sesigürgillə iki illik evliliyindən də danışılan məşhur aktrisa qonaq olduğu proqramda etdiyi etirafla hər kəsi təəccübləndirib.

"Çox yaxşı dost olmalıydıq, səhvən evləndik", - aktrisa bildirib.

Qeyd edək ki, Nehir Ərdoğan "Silsile" filminin çəkiliş meydançasında tanış olduğu kinooperator Ahmet Sesigürgillə ani bir qərarla evlənib. Tanış olduqdan 6 ay sonra evlənən cütlük evləndikdən sonra Fransada məskunlaşıb. Ərinin Türkiyəyə qayıtma qərarına qəzəblənən aktrisa dekabrda boşanmaq üçün məhkəməyə müraciət edib.

Milli.Az

Seçilən
5
9
milli.az

10Mənbələr