AZ

Arteta İngiltərədə ən yaxşı məşqçi seçildi

Qol.az saytından alınan məlumata görə, ain.az bildirir.

Arteta İngiltərədə ən yaxşı məşqçi seçildi

İngiltərə Premyer Liqasında mart ayının ən yaxşı baş məşqçisi müəyyənləşib.

QOL.az xəbər verir ki, bu ada "Arsenal"ın çalışdırıcısı Mikel Arteta layiq görülüb. Bu barədə Premyer Liqanın mətbuat xidməti məlumat yayıb.

"Arsenal" mart ayında keçirdiyi hər üç oyunda qələbə qazanıb. London təmsilçisi "Çelsi"yə 2:1, "Brayton"a 1:0 və "Everton"a 2:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Arteta bu mükafat uğrunda Eddi Hau ("Nyukasl"), David Moyes ("Everton"), Regs Le Bris ("Sanderland") və Fabian Hürzeler ("Brayton") ilə rəqabət aparıb.

Hazırda "Arsenal" 31 turdan sonra 70 xalla turnir cədvəlinə başçılıq edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
25
23
qol.az

10Mənbələr