AZ

"Bavariya" 100 qol həddinə çatdı - Bundesliqa rekordu yaxınlaşır

"Bavariya" Almaniya Bundesliqasında möhtəşəm geridönüş edərək azarkeşlərini sevindirib.

90deqiqe.Az xəbər verir ki, "Frayburq" ilə səfər oyununda Münhen təmsilçisi 0:2 hesabı ilə geridə olsa da, qarşılaşmanı 3:2 hesabı ilə qələbə ilə başa vurub. Qolların ikisi ikinci hissəyə əlavə olunmuş vaxtda vurulub.

Bu nəticə ilə "Bavariya" cari mövsümdə vurduğu qolların sayını 100-ə çatdırıb və Bundesliqa tarixində bir mövsümdə vurulan qollar üzrə rekorda daha da yaxınlaşıb. Bu rekord uzun illərdir – 1971/1972 mövsümündən bəri qorunur və həmin vaxt "Bavariya" 101 qol vurmuşdu.

Qeyd edək ki, Münhen klubu növbəti oyununu 11 aprel tarixində səfərdə "Sankt Paul"i komandasına qarşı keçirəcək.

Seçilən
11
39
90deqiqe.az

10Mənbələr