AZ

Oveçkindən het trik və yeni NHL rekordu

Cebheinfo saytına istinadən ain.az xəbər verir.

ABŞ-nin "Delta Mərkəzi" arenasında keçirilən Milli Xokkey Liqasının (NHL) müntəzəm mövsüm matçında "Vaşinqton Kapitals" klubu "Utah Mammoth" komandasını 7:4 hesabı ilə məğlub edərək inamlı qələbə qazanıb.

"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, bu bolqollu qarşılaşmanın qəhrəmanı rəqib qapısından üç qol keçirərək het-trikə imza atan Aleksandr Oveçkin olub.

Ulduz xokkeyçinin vurduğu üç qoldan ikisi bərabər tərkibli oyunda qeydə alınıb və bununla da o, səfər matçlarında vurduğu qolların ümumi sayını 302-yə çatdırıb. Bu rəqəm NHL tarixində səfər oyunları üzrə mütləq rekorddur. Müqayisə üçün qeyd edək ki, tarixi siyahının ikinci və üçüncü pillələrində qərarlaşan əfsanələrdən Ueyn Qretzkinin aktivində 277, Qordi Hounun hesabında isə 250 belə qol var.

Beləliklə, Oveçkin bu həlledici matçda yalnız üç dəfə fərqlənməklə kifayətlənməyib, həm də özünəməxsus NHL rekordunu bir daha yeniləməyi bacarıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
60
39
cebheinfo.az

10Mənbələr