AZ

Vadim Kuramşın: Planımızı tam həyata keçirə bilmədik

ain.az, Fanat portalına istinadən məlumat yayır.

Azərbaycan Basketbol Liqasının pley-in mərhələsinin ilk görüşləri çərçivəsində NTD ilə qarşılaşan "Sumqayıt"ın qələbə qazanmağa gücü çatmayıb.

Fanat.Az xəbər verir ki bunu baş məşqçi Vadim Kuramşın klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis ilk hissədə NTD-nin məhsuldar oyununu xüsusi qeyd edib:

"NTD-ni qələbə münasibətilə təbrik edirəm. Onlar oyunun ilk hissəsində yüksək məhsuldarlıq nümayiş etdirdilər. Təsadüfi deyil ki, fasiləyə qədər 10 dəqiq "üçlük"lə yadda qaldılar və 20 xallıq fərq yaratdılar. İkinci hissədə vəziyyətdən çıxmaq istədik və bu, müəyyən qədər alındı. Amma planımızı tam həyata keçirə bilmədik, bir az gücümüz çatmadı".

V.Kuramşın ikinci hissədəki oyunun cavab matçı üçün ümidverici olduğunu bildirib:

"Fasilədən sonrakı çıxışımız növbəti görüş ərəfəsində bizi ümidləndirdi. Sumqayıtdakı oyuna ciddi hazırlaşacağıq".

Qeyd edək ki, Bakı İdman Sarayında keçirilən görüş NTD-nin 121:107 hesablı qələbəsi ilə başa çatıb.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
44
fanat.az

10Mənbələr