"Turan Tovuz" Bizon ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyununda "Zirə"yə uduzdu - 0:1.
"Football-plus.az" xəbər verir ki, "bozqurd"un məşqçisi Yunis Hüseynov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Hər komanda kubok oyununda qalib gəlmək istəyir. Avrokuboklara getmək kubokdan daha rahatdı. 2-3 oyunda qələbə qazanandan sonra finala çıxırsan. Bu gün qalib gəlmək istəyirdik. Hələ cavab matçı var. Tam ciddi hazırlaşıb finala vəsiqə qazanmağa çalışacağıq. Bu gün öz səhvlərimizdən qollar buraxdıq. Rəqib əks-hücumda oynayırdı. Qarşıda "İmişli" ilə çətin çempionat oyunu var. Həmin görüşə hazırlaşacağıq. "Zirə" ilə cavab oyununda tam başqa futbol oynayacağıq.
- Ehtiram Quliyev hakimlik haqda sərt fikirlər səsləndirdi. Sizin fikriniz necədi?
- Hakimlər haqda danışmaq istəmirik. Danışanda bizi cərimələyirlər. Epizoda biz də baxdıq. Nə dərəcədə penalti olmadığını deyə bilmərəm. İkinci hissədə rəqib Roderik Millerin ayağını tapdaladı. Mənə elə gəlir ki, VAR epizoda baxmalı idi. Əliyar Ağayev görməyə bilər. Amma məncə, VAR baş hakimi monitora dəvət etməli idi.
- İbrahima Vaci nə vaxt qol vuracaq?
- Biz də istəyirik ki, qol vursun. İnşallah qarşıdakı matçlarda fərqlənər. Futbolçu elədi ki, bir qol vurandan sonra onda özünəinam artır. Vaci də bir qol vursa, davamı gələr.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta