Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində dəm qazından zəhərlənən 2021-ci il təvəllüdlü azyaşlı daha ixtisaslı tibbi xidmət almaq üçün Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasına təxliyə olunub.Bu barədə Sumqayıt Tibb Mərkəzindən bildirilib.
Mərkəzin Uşaq Xəstəxanasında hazırda dörd nəfərin müalicəsi davam etdirilir, onların vəziyyətləri sabitdir.
***
Sumqayıtın Hacı Zeynalabdin Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən altı uşaqdan biri ölüb.Bu barədə "Report" məlumat verir.
Zəhərlənmə hadisəsi iki gün öncə baş verib.
Belə ki, aprelin 1-də çoxuşaqlı ailənin 6 üzvü dəm qazından zəhərlənib.
Azyaşlılar xəstəxanaya yerləşdirilib, daha sonra evə buraxılmışdılar. Qəfil halı pisləşən 2024-cü il təvəllüdlü Cəbrayılova Gülcənnət yenidən xəstəxanaya yerləşdirilib.
Aparılan müalicə və müayinələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.