Yazını böyüt
Yazını kiçilt
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoruna müşavir təyin olunub.
Hafta.az xəbər verir ki, bu vəzifəyə Zeynal Bayramlı təyinat alıb.
Qeyd edək ki, o, 2024-cü ilə qədər Ucar Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində çalışıb. Daha sonra isə Bakıda fəaliyyət göstərən özəl tibb müəssisələrindən birində direktor müavini kimi fəaliyyətini davam etdirib.
Xatırladaq ki, bu ilin fevralından etibarən TƏBİB-in icraçı direktoru vəzifəsinin müvəqqəti icrası Anar İsrafilova həvalə edilib.