AZ

TƏBİB-ə yeni müşavir təyinEDİLDİ

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) yeni müşavir təyin edilib.

Redaktor.az xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, tanınmış həkim Zeynal Bayramlı müşavir vəzifəsinə təsdiqlənib.

Qeyd edək ki, Z.Bayramlı Tibb Universitetində təhsil alıb. Daha sonra Prezident Aparatı yanında Dövlət İdarəçilik Akademiyasının magistr pilləsini bitirib.

O, Akademik Zərifə Əliyeva adına sahə xəstəxanasında baş həkim, Ucar RMX Publik Hüquqi Şəxsdə direktor, Sabunçu Tibb Mərkəzində direktor müavini, son olaraq özəl  tibb müəssisələrindən birində  tibbi məsələlər üzrə direktor işləyib.

Xatırladaq ki, Vüqar Qurbanovun vəzifədən azad edilməsindən sonra hazırda TƏBİB sədri postu boşdur.

Seçilən
0
41
redaktor.az

10Mənbələr