AZ

Qasım Süleymaninin qohumları ABŞ da saxlanıldı

ain.az, Axar.az portalına istinadən məlumat verir.

ABŞ-da iranlı general Qasım Süleymaninin qohumları saxlanılıblar.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Məlumata görə, federal agentlər Süleymaninin qardaşı qızı və nəvəsini saxlayıb. ABŞ Dövlət katibi Marko Rubio onların daimi yaşayış statusunu ləğv etdikdən sonra əməliyyat həyata keçirilib.

Bildirilib ki, Qasım Süleymaninin qardaşı qızı Los-Ancelesdə yaşayarkən sosial şəbəkələrdə İrana dəstək verib və ABŞ hərbçilərinə qarşı hücumları tərifləyib. Hazırda hər iki şəxs nəzarət altındadır.

Qeyd edək ki, bundan əvvəl iranlı siyasətçi Əli Laricaninin qızı və onun həyat yoldaşının da ABŞ-da yaşayış statusu ləğv edilərək ölkəyə girişlərinə qadağa qoyulub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
14
axar.az

10Mənbələr