AZ

Zaxarova: Rusiya Buşer AES in raket atəşinə məruz qalmasına ciddi narahatlıqla yanaşır

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

Rusiya “Buşer” Atom Elektrik Stansiyasına (AES) yönəlmiş yeni raket hücumları barədə verilən xəbərlərə narahatlıqla yanaşır.

Bizimyol.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova bildirib.

O, həmçinin qeyd edib ki, Rusiya “Buşer” AES-in yeni hücumunu qətiyyətlə pisləyir və bu hücum nəticəsində insan itkiləri olub. Rusiya dünya ictimaiyyətinin diqqətini AES-dəki vəziyyətə cəlb etmək üçün bütün səyləri göstərir.

Zaxarova vurğulayıb ki, daha pis nəticələrdən hələ də qaçmaq mümkündür, lakin bunun üçün İranın nüvə obyektlərinə, o cümlədən “Buşer” AES-ə zərbələr dayandırılmalıdır. Agressorlar düşünmədən İranın nüvə-energetika infrastrukturlarına hücum etməyə davam edirlər.

P.S: Qeyd edək ki, dörd il əvvəl bütün dünya dövlətləri Rusiyanın Ukraynaya aid Zaporojye AES-ə hücum etməsindən dərin narahatlıq yaşamışdı.

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
36
icma.az

10Mənbələr