AZ

İranda AES böhranı: Rusiya əməkdaşlarını sürətlə təxliyə edir

Modern.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bu səhər Buşehr Atom Elektrik Stansiyası ərazisinə edilən hücumlardan sonra stansiya əməkdaşlarının təxliyəsinə başlanıldığı bildirilib.

Modern.az xəbər verir ki, bu barədə Rosatom şirkətinin baş direktoru Aleksey Lixaçev açıqlama verib.

Onun sözlərinə əsasən, ümumilikdə 198 nəfər ərazidən çıxarılıb:

“Plan üzrə, uğursuz hücumdan təxminən 20 dəqiqə sonra əsas təxliyə mərhələsinə start verdik. Avtobuslar Buşehr stansiyasından İran–Ermənistan sərhədi istiqamətində hərəkətə başladı”.

Bundan əvvəl İranın Atom Enerjisi Təşkilatı məlumat yayaraq bildirmişdi ki, Buşehr AES hərbi əməliyyatlar başlayandan bəri artıq dördüncü dəfə atəşə tutulub. Qurumun açıqlamasına görə, 4 aprel səhərində mərmilərdən biri stansiyanın yaxınlığındakı hasara dəyib, nəticədə bir mühafizəçi həyatını itirib. Partlayış yardımçı tikililərdən birinə zərər versə də, əsas obyektlərə ciddi ziyan dəyməyib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
23
modern.az

10Mənbələr