AZ

ABŞ Qasım Süleymaninin qardaşı qızını deportasiya edəcək

ABŞ İranın mərhum general-mayoru Qasım Süleymaninin qardaşı qızı və onun övladını deportasiya edəcək.

Teleqraf xəbər verir ki, bu barədə dövlət katibi Marko Rubio bildirib.

Onun sözlərinə görə, Həmidə Süleymani Əfşar və onun qızının "Green Card"ı ləğv edilib.

"Yaxın vaxtlara qədər Həmidə Süleymani Əfşar və qızı "Green Card" sahibi idilər və Birləşmiş Ştatlarda lüks həyat sürürdülər. Əfşar mərhum İran general-mayoru Qasım Süleymaninin qardaşı qızıdır. O, həmçinin amerikalılara hücumları alqışlayan və ölkəmizi "Böyük Şeytan" adlandıran İran rejiminin qatı tərəfdarıdır. Bu həftə onların statusu ləğv edilib və hazırda deportasiya üçün ABŞ İmmiqrasiya və Gömrük Xidmətinin (ICE) nəzarəti altındadırlar. Tramp administrasiyası ölkənin anti-ABŞ terrorçu rejimləri dəstəkləyən xarici vətəndaşlar üçün sığınacağa çevrilməsinə imkan verməyəcək", - Rubio qeyd edib.

Seçilən
1
8
teleqraf.com

10Mənbələr