AZ

Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən uşaqlardan biri Bakıya təxliyə olunub, digərlərinin müalicəsi davam edir – YENİLƏNİB-2

Sumqayıtın Hacı Zeynalabdin Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən 2021-ci il təvəllüdlü azyaşlı daha ixtisaslı tibbi xidmət almaq üçün Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasına təxliyə olunub.

Bu barədə "Far.Az"un yerli bürosuna Sumqayıt Tibb Mərkəzindən bildirilib.

Mərkəzin Uşaq Xəstəxanasında hazırda 4 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri sabitdir.

Sumqayıt Tibb Mərkəzi Hacı Zeynalabdin Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən altı uşaqdan birinin - 2024-cü il təvəllüdlü azyaşlının ölüm faktı ilə bağlı məlumat yayıb.

Bu barədə "Far.Az"un sorğusuna cavab olaraq bildirilib ki, aprelin 3-ü saat 15:00 radələrində Mərkəzin Uşaq Xəstəxanasına hospitalizasiya olunan azyaşlı aparılan reanimasiya tədbirlərinə baxmayaraq, aprelin 4-ü saat 05:10 radələrində bioloji ölüm faktı qeydə alınıb.

Meyit təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Məlumatda qeyd edilib ki, azyaşlı aprelin 1-i saat 18:10 radələrində dəm qazı zəhərlənməsi səbəbilə Reanimasiya şöbəsinə yerləşdirilmiş və yaxınlarının yazılı iltizamına əsasən aprelin 2-si tarixində evə buraxılmışdı.

Mərkəzdən, həmçinin bildirilib ki, digər 5 nəfərin müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir, vəziyyətləri stabildir.

Sumqayıtın Hacı Zeynalabdin Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən altı uşaqdan biri ölüb.

"Far.Az"un yerli bürosu məlumat verir ki, zəhərlənmə hadisəsi iki gün öncə baş verib.

Belə ki, aprelin 1-də çoxuşaqlı ailənin 6 üzvü dəm qazından zəhərlənib.

Azyaşlılar xəstəxanaya yerləşdirilib, daha sonra evə buraxılmışdılar. Qəfil halı pisləşən 2024-cü il təvəllüdlü Cəbrayılova Gülcənnət yenidən xəstəxanaya yerləşdirilib.

Aparılan müalicə və müayinələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Seçilən
13
14
far.az

10Mənbələr