Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.
Almaniyanın Xarici İşlər naziri Yohann Vadeful Avropa İttifaqında (Aİ) qərarların qəbulunda yekdillik prinsipinin ləğv edilməsini müdafiə edib.
Bizimyol.info xəbər verir ki, bu barədə Vadeful Funke media qrupuna müsahibəsində bildirib.
“Avropada ixtisaslaşdırılmış səs çoxluğu sistemi işləməlidir. Son həftələr ərzində Ukraynaya yardım və Rusiyaya qarşı sanksiyalar məsələsində topladığımız bütün təcrübə bunun lehinədir,” – deyə o qeyd edib.
Ukraynada münaqişənin başlanmasından bəri Macarıstan Kiyevə maliyyə yardımı ayrılmasını və Rusiyaya qarşı sanksiyaların tətbiqini müntəzəm olaraq bloklayır. Hazırda Macarıstan hökuməti artıq təsdiqlənmiş, geri qaytarılmayan 90 milyard avroluq Aİ krediti ödənişini bloklayır.
Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.