AZ

Türkiyə İranla danışıqlar aparır

ain.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Türkiyə bayrağı altında üzən kommersiya gəmiləri Hörmüz boğazında yoxdur. Türkiyə şirkətlərinə məxsus doqquz gəminin boğazdan keçidi ilə bağlı məsələlər Xarici İşlər Nazirliyi ilə koordinasiyalı şəkildə həll olunur”.

Gununsesi.info xəbər verir ki, bu fikirləri Türkiyənin nəqliyyat naziri Əbdülqadir Uraloğlu “CNN Türk” telekanalına müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, Hörmüz boğazında Türkiyə bayrağı altında üzən heç bir gəmi yoxdur:

“Müharibə başlayanda orada Türkiyə şirkətlərinə məxsus 15 gəmi var idi. Onlardan ikisi boğazı tərk edib, dörd gəmi isə regional ticarətlə məşğuldur və keçid üçün müraciət etmir. Qalan doqquz gəminin çıxarılması ilə bağlı Xarici İşlər Nazirliyi İran tərəfi ilə koordinasiyalı iş aparır”.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Hücumlar nəticəsində İranın ən böyük şəhərləri, o cümlədən Tehran zərbələrə məruz qalıb. İslam İnqilabı Keşikçiləri Korpusu cavab olaraq İsrailə qarşı genişmiqyaslı əməliyyat həyata keçirdiyini bildirib. Eyni zamanda ABŞ-ın Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı hərbi obyektlərinə də zərbələr endirildiyi qeyd olunur.

İran hakimiyyəti ABŞ, İsrail və İslam Respublikasına qarşı əməliyyatları dəstəkləyən ölkələrlə əlaqəli gəmilər üçün Hörmüz boğazını bağlamaq qərarı verib. Münaqişə dövründə Tehranın icazəsi olmadan boğazdan keçən bir sıra tankerə hücum edildiyi bildirilir. Martın 25-də İranın xarici işlər naziri Abbas Əraqçi isə dost ölkələrə, o cümlədən Rusiya, Hindistan, İraq, Çin və Pakistana məxsus gəmilərin Hörmüz boğazından keçidinə icazə verildiyini açıqlayıb.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
36
29
icma.az

10Mənbələr