AZ

Əfqanıstanda güclü zəlzələ oldu

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, bu axşam Əfqanıstan dağlarında 5,8-6,0 bal gücündə güclü zəlzələ qeydə alınıb.

Seysmik hadisənin episentri Əfqanıstanın Bədəxşan əyalətində, Hindukuş dağlarında, Kunduz şəhərindən 179 km şərqdə, təxminən 161.000 əhalisi olan ərazidə yerləşib. Hadisə yerli vaxtla saat 21:12-də qeydə alınıb. Zəlzələnin episentrinin 186 km dərinlikdə yerləşdiyi məlum olub. Hələlik itki və ya dağıntı barədə məlumat yoxdur.

Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, zəlzələ Qazaxıstan Milli Seysmoloji Tədqiqat və İnformasiya Elmi Mərkəzinin seysmik stansiyalar şəbəkəsi tərəfindən də qeydə alınıb. Zəlzələnin episentri Almatıdan 853 km cənub-qərbdə, ölkənin Jambıl və Türküstan bölgələrindəki yaşayış məntəqələrində 2 bal gücündə zəlzələ hiss olunub.
Zəlzələ Özbəkistanda da baş verib və ölkənin əhəmiyyətli bir hissəsini əhatə edib.

Zəlzələlər ən çox Surxandərya bölgəsində, Fərqanə, Sırdərya, Cizzax, Səmərqənd, Əndican, Namanqan, Kaşkadərya və Daşkənd bölgələrində, eləcə də Daşkəndin özündə hiss olunub.

//Samir Qurbanov, Editor.az

Seçilən
23
50
editor.az

10Mənbələr