Əfqanıstanda 5,8 maqnitudalı zəlzələ baş verib.
Musavat.com xəbər verir ki, yeraltı təkanların episentri Kunduz şəhərindən 179 kilometr şərqdə qeydə alınıb. Məlumat Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi tərəfindən yayılıb.
Qurumun açıqlamasına görə, zəlzələnin ocağı kifayət qədər dərin – 186 kilometr səviyyəsində yerləşib. Təkanlar Hinduquş dağlıq zonasını əhatə edib.
Musavat.com