AZ

"Hakimlərdən danışmaq istəmirik, danışanda bizi cərimələyirlər"

Hər komanda kubok oyununda qalib gəlmək istəyir. Avrokuboklara vəsiqəni ölkə kuboku vasitəsi ilə qazanmaq daha rahatdır. 2-3 oyunda qələbə qazanandan sonra finala çıxırsan".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un məşqçisi Yunis Hüseynov Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində "Zirə"yə 0:2 hesabı ilə uduzduqları matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis finala çıxmaq ümidlərinin itmədiyini söyləyib: "Bu gün qalib gəlmək istəyirdik. Hələ cavab matçı var. Tam ciddi hazırlaşıb finala vəsiqə qazanmağa çalışacağıq. Bu gün öz səhvlərimizdən qollar buraxdıq. Rəqib əks-hücumda oynayırdı. Qarşıda "İmişli" ilə çətin çempionat oyunu var. Həmin görüşə hazırlaşacağıq. "Zirə" ilə cavab oyununda tam başqa futbol oynayacağıq".

O, klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev matçın referisi Əliyar Ağayev haqda səsləndirdiyi sərt fikirlərə də toxunub: "Hakimlər haqda danışmaq istəmirik. Danışanda bizi cərimələyirlər. Epizoda biz də baxdıq. Nə dərəcədə penalti olmadığını deyə bilmərəm. İkinci hissədə rəqib Roderik Millerin ayağını tapdaladı. Mənə elə gəlir ki, VAR epizoda baxmalı idi. Əliyar Ağayev görməyə bilər. Amma məncə, VAR baş hakimi monitora dəvət etməli idi".

Y.Hüseynov sonda "İbrahima Vadji nə vaxt qol vuracaq" sualına belə cavab verib: "Biz də istəyirik ki, qol vursun. İnşallah qarşıdakı matçlarda fərqlənər. Futbolçu elədir ki, bir qol vurandan sonra onda özünəinam artır. Vadji də bir qol vursa, davamı gələr".

Seçilən
24
6
sportinfo.az

9Mənbələr