Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyatı zamanı 43 kq narkotik vasitə dövriyyədən çıxarılıb.
"Yeni Sabah" Dİn-ə istinadla xəbər verir ki, Astara və Qaradağ rayonlarında keçirilən tədbirlər zamanı əvvəllər qəsdən adam öldürmə, həmçinin oğurluq cinayətlərinə görə məhkum olunan Əli Məmmədov, Rəvan Hüseynov və İlkin Əhmədov saxlanılıblar. Onlardan 43 kq 300 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.
Hər 3 şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Telegram kanalımız