AZ

İran vətəndaşları ilə əlbir olaraq ölkəyə narkotik vasitə gətirənlər həs edilib

Bakı. Trend:

Qaçaqmalçılıq yolu ilə ölkəyə 43 kiloqramdan artıq narkotikvasitə gətirən bir qrup şəxsin cinayət əməlləri ifşa edilib.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumatverilib.

Astara və Qaradağ rayonlarında keçirilən tədbirlər zamanıəvvəllər qəsdən adam öldürmə, həmçinin oğurluq cinayətlərinə görəməhkum olunan Əli Məmmədov, Rəvan Hüseynov və İlkin Əhmədovsaxlanılıblar. Onlardan 43 kq 300 qram tərkibinə zərərli maddələrəlavə edilmiş marixuana aşkarlanıb.

Hər üç şəxs şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşlarıilə cinayət əlaqəsinə girərək narkotikləri sərhədyanı rayonlardanqazanc əldə etmək və müxtəlif ünvanlara yerləşdirmək məqsədi iləəldə etdiklərini bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslərbarəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Seçilən
19
9
az.trend.az

8Mənbələr