AZ

Paytaxtda kanalizasiya kollektorunun üzərində tikilmiş evlər qəza riski yaratdı - VİDEO

Bakının Xətai rayonu, İnqilab İsmayılov küçəsində kanalizasia kollektorunun çökməsi sakinləri qorxuya salıb.

"Yeni Sabah" Xəzər TV-yə istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə, kollektor həm yol, həm də evlərin altından keçən bir neçə hissədən çöküb.

Onlar bildiriblər ki, yaşadıqları evlərin altından kollektorun keçməsindən xəbərsiz olublar. Sakinlər hətta evlərin əksəriyyətinin çıxarışının olduğunu deyirlər.

Mövcud vəziyyətlə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, "Günəşli" kanalizasiya kollektorunun üzərində inşa edilmiş qanunsuz tikililərin yaratdığı izafi yüklənmə səbəbindən xəttə vaxtlı-vaxtında texniki qulluğun göstərilməsi mümkün olmur və bu da kəskin qəza riskləri yaradıb.

"Kollektorun bəzi qəzalı hissələri Bakı Sukanal İdarəsi tərəfindən təmir edilsə də, digər çöküntünün baş verdiyi nöqtələrdə aktiv istifadədə olan yaşayış sahələrinin mövcudluğu qəzanın aradan qaldırılmasını mürəkkəbləşdirib. Yaşayış olan və məlumatları əldə edilmiş ünvanlara xəbərdarlıq məktubları təqdim edilib. Kollektorun qəzalı hissəsinin ərazi hüdudları boşaldıldıqdan sonra bərpa işləri icra ediləcək", - məlumatda bildirilib.


Telegram kanalımız
Seçilən
1
4
yenisabah.az

5Mənbələr