AZ

Kanalizasiya kollektorunun üzərindəki qanunsuz tikililər problem yaradıbVİDEO

Xətai rayonu, İnqilab İsmayılov küçəsində kanalizasia kollektorunun çökməsi sakinləri qorxuya salıb.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər deyirlər ki, kollektor həm yol, həm də evlərin altından keçən bir neçə hissədən çöküb.

Sakinlərin sözlərinə görə, yaşadıqları evlərin altından kollektorun keçməsindən xəbərsiz olublar. Hətta evlərin əksəriyyətinin çıxarışının olduğunu deyirlər.

Mövcud vəziyyətlə bağlı əlaqədar quruma da müraciət edilib.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirildi ki, "Günəşli" kanalizasiya kollektorunun üzərində inşa edilmiş qanunsuz tikililərin yaratdığı izafi yüklənmə səbəbindən xəttə vaxtlı-vaxtında texniki qulluğun göstərilməsi mümkün olmur və bu da kəskin qəza riskləri yaradıb. Kollektorun bəzi qəzalı hissələri Bakı Sukanal İdarəsi tərəfindən təmir edilsə də, digər çöküntünün baş verdiyi nöqtələrdə aktiv istifadədə olan yaşayış sahələrinin mövcudluğu qəzanın aradan qaldırılmasını mürəkkəbləşdirib.  Yaşayış olan və məlumatları əldə edilmiş ünvanlara xəbərdarlıq məktubları təqdim edilib. Kollektorun qəzalı hissəsinin ərazi hüdudları boşaldıldıqdan sonra bərpa işləri icra ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
21
3
xezerxeber.az

4Mənbələr