ain.az, Footbal-plus saytına istinadən bildirir.
Aprelin 13-dən 26-dək 20 yaşadək futbolçulardan ibarət yığmanın təlim-məşq toplanışı keçiriləcək."Football-plus" xəbər verir ki, toplanış 2027-ci ildə Azərbaycanla Özbəkistanın birgə evsahibliyi edəcəyi U-20-lər arasında dünya çempionatına hazırlıq məqsədi daşıyır.Qeyd olunan təlim-məşq toplanışı ilə bağlı futbolçuların düşərgəyə cəlb olunmasını təmin etmək məqsədilə AFFA və PFL-in təşkilatçılığı ilə keçirilən müvafiq liqaların təqvimində dəyişiklik edilə bilər. Bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.