AZ

U-20 millimiz təlim-məşq toplanışı keçirəcək

Aprelin 13-dən 26-dək 20 yaşadək futbolçulardan ibarət millimizin təlim-məşq toplanışı keçiriləcək.

"Football-plus" xəbər verir ki, toplanış 2027-ci ildə Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi edəcəyi FIFA U-20 Dünya Çempionatına hazırlıq məqsədi daşıyır.

Qeyd olunan təlim-məşq toplanışı ilə əlaqədar futbolçuların düşərgəyə cəlb olunmasını təmin etmək məqsədilə AFFA və PFL-in təşkilatçılığı ilə keçirilən müvafiq liqaların təqvimində dəyişiklik edilə bilər. Bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Seçilən
7
8
football-plus.az

10Mənbələr