AZ

İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın "Amazon" şirkətinin Bəhreyndəki bulud hesablamaları mərkəzinə hücum etməyə başlayıb.

Publika.az xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidmətinə istinadən İranın dövlət teleradio şirkəti (IRIB) məlumat yayıb.

"Casusluq və terror texnologiyalarının işlənib hazırlanması ilə məşğul olan Amerika şirkətlərinə qarşı ilk əməliyyat olaraq, "Amazon"un Bəhreyndəki bulud hesablamaları mərkəzi hücuma məruz qalıb və məhv edilib", - deyə mətbuat xidmətindən bildirilib.

Verilən bəyanata əsasən, "Amazon" şirkəti Yaxın Şərqi tərk edir.

Fevralın 28-də ABŞ İsrail ilə birlikdə İrana qarşı hərbi əməliyyata başlayıb. Cavab olaraq Tehran İsrailə, eləcə də Yaxın Şərqdəki, o cümlədən Səudiyyə Ərəbistanı, Bəhreyn, Qətər, Küveyt və BƏƏ-dəki Amerika bazalarına raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirir.

Seçilən
24
publika.az

1Mənbələr