AZ

İran eyni gündə bu 3 ölkəyə hücum etdi

Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

İran eyni gendə Səudiyyə Ərəbistanı, Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərinə raket və pilotsuz uçuş aparatları ilə yeni hücum dalğası başladıb.

Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyindən verilən məlumata görə, gecə ərzində ən azı 2 PUA hücumu zərərsizləşdirilib. Bəhreyn Daxili İşlər Nazirliyi isə yeni hücumlar səbəbindən bir çox ərazilərdə həyəcan siqnallarının verildiyini bildirərək, sakinləri panikaya düşməməyə və ən yaxın təhlükəsiz yerlərə sığınmağa çağırıb.

Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi də ölkənin hava hücumundan müdafiə sistemlərinin raket və PUA təhdidlərinin qarşısını almaq üçün işə salındığını açıqlayıb. Qurum bildirib ki, eşidilən partlayış səsləri düşmən hədəflərinin zərərsizləşdirilməsi ilə bağlı əməliyyatların nəticəsidir.

Son hücumların insan itkisinə və ya maddi ziyana səbəb olub-olmadığı ilə bağlı isə hələlik rəsmi məlumat verilməyib.

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
143
50
azpolitika.info

10Mənbələr