AZ

Biləsuvarda sahibsiz it 5-ci sinif şagirdinə hücum etdi

Biləsuvar rayonunda 10 yaşlı oğlanı it dişləyib.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Biləsuvar şəhərinin mərkəzində baş verib.

Rayon sakini, 5-ci sinif şagirdi olan 2016-cı il təvəllüdlü oğlan yaşadığı evdən çıxıb məktəbə gedərkən qəfil küçə itinin hücumuna məruz qalıb. Sahibsiz it məktəbliyə ayaq nahiyəsindən xəsarət yetirib.

Şagird Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Seçilən
0
2
manset.az

3Mənbələr