Biləsuvar rayonunda 10 yaşlı oğlanı it dişləyib.
"Unikal" oxu.az-a istinadən xəbər verir ki, hadisə Biləsuvar şəhərinin mərkəzində baş verib.
Rayon sakini, 5-ci sinif şagirdi olan 2016-cı il təvəllüdlü oğlan yaşadığı evdən çıxıb məktəbə gedərkən qəfil küçə itinin hücumuna məruz qalıb. Sahibsiz it məktəbliyə ayaq nahiyəsindən xəsarət yetirib.
Şagird Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.