İsrail Müdafiə Qüvvələri (İMQ) Tehranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) quru qüvvələrinin bazasına zərbə endirib.
Redaktor.az xəbər verir ki, bu barədə İMQ-nin mətbuat xidməti məlumat yayıb.
Bəyanatda qeyd olunur: “Dünən (1 aprel) İsrail Müdafiə Qüvvələri Tehranda İran rejiminin infrastrukturuna qarşı bir sıra genişmiqyaslı hücumlar həyata keçirib. Bu hücumların bir hissəsi olaraq, İsrail Hərbi Hava Qüvvələri rejimin silahlı qüvvələrinin mərkəzi bölmələrindən biri olan İİKK-nın quru qüvvələri bazasını hədəf alıb”.
Həmçinin İranın şimal-qərbindəki Təbriz bölgəsindəki ballistik raket anbarına hücum edildiyi bildirilir.
Qeyd edilir ki, ABŞ və İsrail 28 fevralda İrandakı hədəflərə zərbələr endirməyə başlayıblar və İran buna cavab olaraq İsrail ərazisinə, eləcə də Yaxın Şərqdəki ABŞ hərbi hədəflərinə zərbələr endirib.
Aminə ŞAHSUVARQIZI