AZ

Şəmkirdə faciəvi hadisə - Ana öldü, oğlu xəstəxanaya yerləşdirildi

Şəmkir rayonunda ana və oğlu yaşadıqları evdə termiki yanıq xəsarətləri alıb.
 
Sitat.info xəbər verir ki, hadisə rayonun Morul kəndində baş verib.
 
Belə ki, 1995-ci il təvəllüdlü Anar Mahir oğlu Budaqov və 1976-cı il təvəllüdlü anası Sevda Eyyub qızı Budaqova termiki yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
 
Tibbi yardıma baxmayaraq, S.Budaqova vəfat edib.
 
Faktla bağlı araşdırma aparılır.
Seçilən
13
5
sitat.info

6Mənbələr