AZ

Şəmkirdə faciəvi hadisə - Ana öldü, oğlu xəstəxanaya yerləşdirildi

Şəmkir rayonunda ana və oğlu yaşadıqları evdə termiki yanıq xəsarətləri alıb.

Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, hadisə rayonun Morul kəndində baş verib.
 

Belə ki, 1995-ci il təvəllüdlü Anar Mahir oğlu Budaqov və 1976-cı il təvəllüdlü anası Sevda Eyyub qızı Budaqova termiki yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.


Tibbi yardıma baxmayaraq, S.Budaqova vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

Seçilən
18
5
bizim.media

6Mənbələr