ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İranda ABŞ və İsrailin ölkənin nüvə obyektlərinə endirdiyi zərbələr hərbi cinayət kimi qiymətləndirilib.
Bizimyol.info xəbər verir ki, bu barədə İran Atom Enerjisi Təşkilatının nümayəndəsi Behruz Kamalvandi bildirib.
Onun sözlərinə görə, nüvə proqramına aid istənilən obyektə, o cümlədən ağır su istehsalı müəssisələrinə hücum beynəlxalq hüquqa ziddir: “Beynəlxalq Atom Enerjisi Agetliyinin (BAEA) hərtərəfli təminatlar sazişi çərçivəsində olan nüvə, eləcə də deyterium oksidi istehsalı obyektlərinə hücum beynəlxalq prinsiplərə ziddir və bu, şübhəsiz, hərbi cinayətdir”, - deyə o bildirib.
Qeyd edək ki, martın 28-də İran Atom Enerjisi Təşkilatı ABŞ və İsrailin fevralın 28-dən bəri üçüncü dəfə olaraq Buşehr Atom Elektrik Stansiyasının yerləşdiyi əraziyə zərbə endirdiyini açıqlayıb. İlkin məlumatlara görə, stansiyanın özü zərər görməyib.
Bundan bir gün əvvəl isə İran hakimiyyəti ölkənin qərbində yerləşən Xondab şəhərində deyterium oksidi istehsalı zavoduna zərbələr endirildiyini bildirmişdi.
Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.