AZ

İran bütün dünyanı həyəcanlandıracaq nüvə xəbərdarlığı etdi

İranın xarici işlər naziri Abbas Əraqçi beynəlxalq ictimaiyyətin Buşehr Atom Elektrik Stansiyasına və neft-kimya müəssisələrinə ABŞ və İsrail tərəfindən edilən hücumlara səssiz qalmasını tənqid edib.

Turkustan.az xəbər verir ki, sosial mediada paylaşdığı mesajda Əraqçi belə sual edib: “Ukraynada Zaporojye Atom Elektrik Stansiyası yaxınlığında baş verən toqquşmalara Qərbin qəzəbini xatırlayırsınızmı?”

O, xəbərdarlıq edərək bildirib: “İsrail və ABŞ Buşehr stansiyamızı dörd dəfə bombalayıb. Radioaktiv şüalanma Tehranda deyil, Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin paytaxtlarında həyatı məhv edəcək”.

İranlı nazir əlavə edib ki, neft-kimya sektoruna edilən hücumlar da bu addımların əsl məqsədini açıq şəkildə ortaya qoyur

Aytən Yaşar/ Turkustan.az

Seçilən
7
33
turkustan.az

10Mənbələr