AZ

İran atəşkəs tələbinə belə cavab verdi! Ölkəyə bomba yağışı yağdı

Turkstan.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ-ın 48 saatlıq atəşkəs təklifini rədd edən İran İsrailin cənubundakı Negev səhrası bölgəsində yerləşən sənaye zonasına hücum edib.

Turkustan.az xəbər verir ki, İsrail ordusu İrandan atıldığı müəyyən edilən raketləri zərərsizləşdirmək üçün hava hücumundan müdafiə sistemlərini işə salıb.

Kanal 12 televiziyasının məlumatına görə, hücumdan sonra Beer-Şeva, Arad və Negev səhrası ərazisində hava həyəcan siqnalları verilib.

Məlumatda bildirilir ki, hücumdan sonra sənaye zonasında yerləşən fabriklərdən birində yanğın baş verib. Sosial şəbəkələrdə yayılan görüntülərdə ərazidən qalın tüstünün qalxdığı müşahidə olunur.

Raketin birbaşa hədəfə dəyib-dəymədiyi ilə bağlı isə hələlik rəsmi açıqlama verilməyib.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
50
icma.az

10Mənbələr