AZ

Xətai rayonunda 12000 manatlıq mobil telefon oğurlayan şəxs saxlanılıb

ain.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Martın 29-da paytaxtın Xətai rayonunda yerləşən telefon mağazalarının birində oğurluq edilməsi ilə bağlı polisə məlumat daxil olub.

XQ xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində əməli törətməkdə şübhəli bilinən 20 yaşlı Ərrəhman Nadirov müəyyən edilərək saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, o mağazanın şüşəsini sındıraraq içəri daxil olub və oradan ümumi dəyəri 12000 manat olan mobil telefonları talayaraq hadisə yerindən uzaqlaşıb. 

Faktla bağlı Xətai RPİ-də araşdırmalar davam etdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
20
xalqqazeti.az

10Mənbələr