AZ

Bakıda mağazanı sındırıb 12 minlik telefonları oğurladı – saxlanıldı - VİDEO

Xətai rayonunda 12000 manatlıq mobil telefon oğurlayan şəxs saxlanılıb.

Bu barədə Day.Az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində əməli törətməkdə şübhəli bilinən 20 yaşlı Ərrəhman Nadirov müəyyən edilərək saxlanılıb.

 

Araşdırmalarla məlum olub ki, o mağazanın şüşəsini sındıraraq içəri daxil olub və oradan ümumi dəyəri 12000 manat olan mobil telefonları talayaraq hadisə yerindən uzaqlaşıb.

Faktla bağlı Xətai RPİ-də araşdırmalar davam etdirilir.

Seçilən
1
21
day.az

10Mənbələr