AZ

Gənc dayısıqızını bıçaqladı Ağdamda insident

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ağdamın Quzanlı qəsəbəsində gənc qız bıçaqlanıb. Avtosfer.az-ın xəbərinə görə, rayon sakini, 2007-ci il təvəllüdlü Cəfərova Leyla dayısı oğlu tərəfindən bıçaqlanıb. Yeniyetmə qız üz nahiyəsi və sol əlinin kəsilmiş yarası ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. L.Cəfərovanın parfümeriya mağazasında işlədiyi bildirilir. Faktla bağlı araşdırma başlanıb.

***

Ağdamın Quzanlı qəsəbəsində dayısı qızı Cəfərova Leylanı bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Avtosfer.az-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Ş.Bayramov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
5
avtosfer.az

10Mənbələr