Ağdamın Quzanlı qəsəbəsində dayısı qızı Cəfərova Leylanı bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
"Report"a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Ş.Bayramov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Ağdamın Quzanlı qəsəbəsində gənc qız bıçaqlanıb.
"Report"un Qarabağ bürosunun xəbərinə görə, rayon sakini, 2007-ci il təvəllüdlü Cəfərova Leyla dayısı oğlu tərəfindən bıçaqlanıb.
Yeniyetmə qız üz nahiyəsi və sol əlinin kəsilmiş yarası ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
L.Cəfərovanın parfümeriya mağazasında işlədiyi bildirilir.
Faktla bağlı araşdırma başlanıb.