Bakıda və qəsəbələrdə bir neçə gün ərzində yağan aramsız yağışlar nəticəsində bəzi ərazilərdə subasma halları müşahidə edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Baki Şəhər İcra Hakimiyyətinin Mətbuat xidməti məlumat yayıb. Məlumatda deyilir ki, bir çox yerlərdə yığılan sular təmizlənsə də, bəzi ərazilərdə işlər davam etdirilir.
Mövcud vəziyyətlə bağlı sakinlər tərəfindən rayon icra hakimiyyətlərinə müraciətlər daxil olub. Müraciətlər əsasında Sabunçu, Xəzər, Binəqədi rayonlarında təxliyə işləri aparılıb.
Hazırda sözügedən rayonların qəsəbələrində xüsusi texnikalar vasitəsilə suyun çəkilməsi işləri aparılır.
Bundan əlavə, təhlükəli vəziyyətdə olan bəzi yaşayış məkanlarının sakinləri müvəqqəti olaraq hotellərə yerləşdirilib.





