AZ

Bakıda yağış səbəbindən təxliyə edilənlər hotellərə yerləşdirildi - FOTO

Bakıda və qəsəbələrdə bir neçə gün ərzində yağan aramsız yağışlar nəticəsində bəzi ərazilərdə subasma halları müşahidə edilib, bir çox yerlərdə yığılan sular artıq təmizlənsə də, bəzi ərazilərdə bu iş davam etdirilir.

Baki Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Day.Az-a verilən məlumata görə, mövcud vəziyyətlə bağlı sakinlər tərəfindən rayon icra hakimiyyətlərinə müraciətlər daxil olub.

Bildirilib ki, müraciətlər əsasında Sabunçu, Xəzər, Binəqədi rayonlarında təxliyə işləri aparılıb.

"Hazırda sözügedən rayonların qəsəbələrində xüsusi texnikalar vasitəsilə suyun çəkilməsi işləri davam etdirilir. Bundan əlavə, təhlükəli vəziyyətdə olan bəzi yaşayış məkanlarının sakinləri müvəqqəti olaraq otellərə yerləşdirilib", - deyə məlumatda qeyd edilib.

  • Bakıda
  • Bakıda
  • Bakıda
  • Bakıda
  • Bakıda
  • Bakıda
  • Bakıda
  • Bakıda
  • Bakıda
  • Bakıda
Seçilən
13
24
day.az

10Mənbələr