AZ

Azərbaycan milli komandası “FIFA Series-2026” turnirinin qalibi oldu

Bu gün Azərbaycan milli komandası “FIFA Series-2026” turnirində final görüşünü keçirib.

Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Syerra Leone yığması ilə üz-üzə gəlib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq görüşə saat 19:00-da start verilib. Matçda hesabı qonaqlar açıb. Lakin ikinci hissədə yığmamız bərabərlik topunu vurmağı bacarıb.

Qalib penaltilər seriyasından sonra bəlli olub. Burada daha inamlı olan Azərbaycan millisi turniri qalib başa vurub - 9:8.

Azərbaycan millisi bundan əvvəl Sent Lüsiya yığmasına 6:1 qalib gəlmişdi.

Seçilən
52
4
aznews.az

5Mənbələr